Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter suya məcburi eniş edib. Ekipajın dörd üzvündən üçü xilas edilib, bir nəfər itkin düşüb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd olunub ki, "USS George H.W. Bush" aviadaşıyıcısına təhkim olunmuş "MH-60S Sea Hawk" tipli helikopter məcburi eniş həyata keçirib. Hərbçilər hadisənin hücumla bağlı olmadığını bildiriblər.
Xilas edilən üç ekipaj üzvünün vəziyyətinin sabit olduğu və hazırda aviadaşıyıcının göyərtəsində olduqları bildirilib. İtkin düşən dördüncü ekipaj üzvünün axtarışları davam edir.












