Baku TV-nin "Aktual Gündəm" verilişində Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik müzakirə edilib.
ABŞ, Fransa və Rusiyanın Qarabağ məsələsində ortaq geosiyasi maraqları, Ermənistanın revanşist dairələrinin yaratdığı risklər, həmçinin Avropa missiyasının yeni müşahidə mexanizmi və ya siyasi təzyiq aləti olması müzakirə olunub.
Millət vəkilləri Sahib Alıyev, Rizvan Nəbiyev və Tural Gəncəliyev suallara aydınlıq gətirib.











