Ermənistan hüquq-mühafizə orqanları Armavir vilayətində genişmiqyaslı əməliyyata başlayıb. Polis və İstintaq Komitəsinin birgə keçirdiyi axtarışlarda silah və döyüş sursatı aşkarlanması hədəflənir.
Erməni mediasının məlumatına görə, əməliyyat səhər saatlarından start götürüb və ümumilikdə 20 ünvanı əhatə edir.
Mənbələr bildirir ki, təhlükəsizlik qüvvələri bu ərazidə qanunsuz silahların olması ilə bağlı əməliyyat məlumatı alıblar.












