Moskva Zooparkı Pablo Eskobara məxsus olmuş "kokain begemotları"nın nəslini xilas etmək üçün plan açıqlayıb.
Bu heyvanlar Kolumbiyada nəzarətsiz çoxalaraq ekosistemə ziyan vurur. Onlar Rusiya və digər ölkələrə köçürüləcək.
Qlobal Zooparklar Birliyinin prezidenti Svetlana Akulova təşəbbüsü ilə beynəlxalq əməliyyat başladılıb. Kolumbiya hökumətinə rəsmi müraciət edilib.
Hindistanın "Vantara" mərkəzi begemotlar üçün xüsusi mühit yaradacaq. Avropa, Asiya və Afrikadakı zooparklar da dəstək verir.
Məqsəd genofond problemini minimuma endirmək və nəsli qorumaqdır. Eskobar 1980-ci illərdə dörd begemotu Afrikadan gətirmişdi.












