ABŞ Federal Ehtiyat Sistemi (FED) iyun iclasında faiz dərəcəsini 3.5-3.75% səviyyəsində sabit saxlayıb.
Bu, ardıcıl dördüncü dəfədir ki, faiz göstəricisi dəyişdirilmir.
İclas Cerom Pauellin getməsi və Kevin Uorşun rəhbər təyin edilməsindən sonra ilk iclas olub.
FED-in bəyanatında qeyd olunub ki, Yaxın Şərqdəki gərginliyə baxmayaraq iqtisadi aktivlik güclü olaraq qalır.
İnflyasiya hədəf olan 2% səviyyəsindən yüksəkdir və enerji qiymətlərindəki artım təklif şokunu əks etdirir.
Növbəti iclas iyulun 28-29-da keçiriləcək.












