Çinli tədqiqatçılar fiber-optik rabitədə yeni rekorda imza atıblar. Onlar 51.3 terabit/s ötürmə qabiliyyətinə nail olublar.
Testlər kommersiya şəbəkələrinə yaxın şəraitdə aparılıb. Araşdırmaçılar içi boş nüvəli optik lifdən istifadə ediblər.
Bu texnologiya məlumat ötürülməsində ləngiməni azaldır. Magistral şəbəkələrin potensialını artırır.
Test zamanı bir dalğa uzunluğunda 1.2 Tbit/s sürət əldə edilib. Ümumi ötürmə qabiliyyəti 51.3 Tbit/s olub.
Bu, təkrarlayıcı olmadan ən yaxşı nəticədir. Mühəndislər adaptiv idarəetmə sistemi hazırlayıblar.












