Filippinin Balinqasay bölgəsində 5 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04) qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri isə Balinqasaydan 75 km qərbdə yerləşib. Maqnituda 5 bal olaraq qiymətləndirilir.
İlkin məlumatlara görə, insan itkisi və dağıntı yoxdur, sunami xəbərdarlığı da edilməyib.












