Filippində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
"ABS-CBN News" telekanalının məlumatına görə, daha üç nəfər itkin düşüb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Mayın 24-də baş verən çökmədən sonra ilk saatlarda 26 nəfər xilas edilib. Yaxınlıqdakı hoteldə qalan malayziyalı turist xəsarət alıb və sonra ölüb.
Daha əvvəl binanın çökməsi zamanı 11 nəfərin öldüyü bildirilmişdi.












