Filippinin cənubunda baş verən 7.8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 37-yə yüksəlib.
"GMA News" kanalının məlumatına görə, 456 nəfər yaralanıb, 4 nəfər isə itkin düşüb.
Mindanao adasında 1900-ə yaxın bina ziyan görüb, onlardan 1500-ü tamamilə dağılıb.
Xeneral-Santos hava limanı zədələndiyi üçün yalnız hərbi və humanitar uçuşlara icazə verilir. Şəhərdə fövqəladə vəziyyət elan edilib.











