Filippinin cənubundakı Mindanao adasında 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78-ə yüksəlib.
Rəsmi məlumata görə, 1339 nəfər yaralanıb, 30 nəfər isə itkin düşüb.
Dağıntılar altında qalanların xilası üçün əməliyyatlar davam edir.
Zəlzələ 14 əyalətdə 1,4 milyon insana təsir edib, 82 min nəfər evini tərk edib.
770-dən çox infrastruktur obyekti zədələnib, iqtisadi ziyan 2,4 milyon dollar təşkil edir.











