Finlandiyada işsizlik səviyyəsi may ayında 10.8%-ə çataraq son 26 ilin ən yüksək göstəricisi olub.
Bloomberg-in Finlandiya Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 15-74 yaş arasında işsizlik nisbəti aprelə nisbətən 0.1 faiz bəndi artıb.
Koronavirus pandemiyasından sonra iqtisadi bərpa Avropada ən zəif olub. Geosiyasi qeyri-müəyyənlik vəziyyəti daha da çətinləşdirir.
Avrostatın məlumatına görə, Finlandiya hazırda Avropa İttifaqında ən yüksək işsizlik səviyyəsinə malikdir.












