ABŞ-nin avtomobil istehsalçısı "Ford Motor" ötürmələr qutusundakı nasazlığa görə 741 195 avtomobili geri çağırıb.
Bu barədə "Reuters" agentliyi rəsmi məlumatlara istinadən xəbər yayıb.
Geri çağırma parklama sisteminin zədələnməsinə səbəb ola biləcək transmissiya problemləri ilə bağlıdır. Nəticədə avtomobil öz-özünə hərəkət edə bilər.
Geri çağırılan modellər: 2018-2021-ci illərin "Navigator" və "Expedition", 2020-2021-ci illərin "Explorer", 2021-ci il "Lincoln Aviator" və "F-150".
Bundan əlavə, "Ford" ön qanadlardakı aerodinamik əlavələrin qüsuru səbəbindən 36 046 "Bronco" modelini də geri çağırır.
Problem proqram təminatının yenilənməsi və zəruri hissələrin təmiri ilə ödənişsiz həll olunacaq.












