"Ford" və "General Motors" avtomobil nəhəngləri silah istehsalına keçə bilər. ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, bu şirkətlər "Patriot" və "Tomahawk" raketlərinin istehsalı ilə bağlı müqavilələr bağlayır.
Tramp qeyd edib ki, "General Motors" artıq silah istehsalında maraqlıdır və boş zavodları var. ABŞ silah istehsalını artırmaq və kifayət qədər "Patriot" raketinə sahib olmaq istəyir.
"Biz silah istehsalında ciddi iqtisadi yüksəliş dövründəyik. Bəzi avtomobil şirkətləri artıq gücə malikdir və raket, xüsusən də 'Patriot' istehsalı üçün sazişlər bağlayır," deyə Tramp vurğulayıb.












