Fransa, İsrailin Livanda apardığı hərbi əməliyyatlarla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Naziri Jan-Noel Barro BFM telekanalına müsahibəsində bildirib.
O, Təl-Əvivin hərəkətlərini qəbuledilməz adlandıraraq əməliyyatı "ciddi səhv" kimi qiymətləndirib. Nazir vurğulayıb ki, İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsinə və qüvvələrini ölkənin dərinliklərinə doğru irəlilətməsinə heç nə haqq qazandıra bilməz.
"Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etmişəm", - deyə Barro bildirib.












