Fransada anomal istilər nəticəsində dörd uşaq bağlı avtomobillərdə həyatını itirib.
"The Guardian" nəşrinin məlumatına görə, cümə günü Marseldə 18 aylıq körpə xəstəxanada dünyasını dəyişib. O, maşında hipertermiya keçirib.
Həftənin əvvəlində Paris yaxınlığında üç yaşlı oğlan ölü tapılıb. O, maşına mindikdən sonra qapıların bloklanma sistemi aktivləşib.
Daha sonra yaşayış binasının dayanacağında iki və dörd yaşlı iki uşağın cəsədi aşkarlanıb.












