Fransanın şimal-şərqindəki Tomblen kommunasında kiçik şəxsi təyyarə qəzaya uğrayıb. Göyərtəsində bir neçə sərnişin olan təyyarə qəza nəticəsində 11 nəfərin ölümünə səbəb olub.
Hadisə nəticəsində beş təlimatçı, beş həvəskar və pilot həlak olub. Onların tandem paraşütlə tullanmaya hazırlaşdıqları bildirilir.
Qəza yerli vaxtla saat 11:00-da baş verib. Hadisə yerinə xilasedicilər cəlb olunub.












