Bond.az White LogoBond.az Black Logo

Futbol antifutbola qarşı: Tarixi final

Çempionlar Liqası finalında Arsenal və PSJ-nin taktiki mübarizəsi: futbol vs antifutbol, sistem vs fərdilik, məkan idarəetməsi.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

Daha əvvəl "Arsenal"ın da taktikası hesab edilən "Haramball" haqqında yazmışdım. Bu dəfə Çempionlar Liqasının finalı sözün əsl mənasında futbol ilə antifutbol arasında baş tutacaq.

İllər əvvəl bir proqramda türkiyəli keçmiş futbolçu Arda Turanın Türkiyə və Avropa futbolu barədə analizləri zamanı bir neçə önəmli detalı vurğulamışdı.

"Atletiko Madrid" təcrübəsi də olan mütəxəssis Pep Qvardiola və Dieqo Simeone arasındakı fərqi izah edərkən bildirmişdi ki, əgər əlində Kayl Volker varsa, oyunçuları birəbir epizodlarda saxlamaq imkanın yüksəkdir. Ancaq resursun məhduddursa, daha kollektiv müdafiə və standart vəziyyətlər üzərində işləmək məntiqlidir.

Bəli, "Atletiko Madrid" bunu illərdir effektiv şəkildə tətbiq edir. Son dövrlərdə isə bu xəttə yaxınlaşan komandalar sırasında "Arsenal" da var. Kollektiv müdafiə, kompaktlıq və standart vəziyyətlərdən maksimum nəticə - məqsəd rəqibə rahat zona buraxmamaqdır.

Bu yanaşma bəzən "haramball" və ya antifutbol kimi etiketlənir. Amma qarşı tərəfdə isə tam fərqli bir futbol var: Luis Enrikenin PSJ-si - fərdi keyfiyyətin struktur içində maksimum sərbəstlik tapdığı oyun.

Komandaların oyun modellərinə ayrı-ayrılıqda baxaq.

Mikel Artetanın formalaşdırdığı 3+1 strukturu bu komandanın əsas bazasıdır. Meydanda form dəyişsə də, ümumi "almaz" və ya "paxlava" struktur sabit qalır.

Oyunun gedişində Deklan Rays bəzən müdafiə xəttinə yaxınlaşıb quruluşu 3-lüyə çevirir, onun önündə isə Luis-Skelli balans nöqtəsi kimi dayanır. Digər epizodlarda Rays geriyə enərək oyunun ilk pas nöqtəsinə çevrilir.

3-1-6 hücum modelində cinah müdafiəçiləri irəli çıxır, Saka və Trossard genişlik yaradır, daxili koridorlar isə (half-space) hücumun əsas giriş zolaqlarına çevrilir.

"Arsenal"ın əsas məqsədi rəqibin müdafiə xəttini "rezin kimi" uzatmaqdır. Bu uzanma müdafiəçilər arasında boşluqlar yaradır və həmin zonalara ikinci dalğa oyunçuları daxil olur.

Rays burada təkcə fiziki oyunçu deyil, həm də struktur lideridir. O, həm mövqe yönləndirir, həm də hücumun mərkəzində diqqəti üzərinə çəkərək digər zonaları açır.

Keçək digər finalçıya - PSJ-yə.

Luis Enrikenin futbolunda əsas sual budur: driblinq necə yaranır?

Cavab texnika deyil. Cavab sahədir.

Çünki ən yaxşı driblinq belə sıxlıq içində yox olur. Ona görə ilk mərhələ həmişə məkan yaratmaqdır.

Məkan artdıqca müdafiəçilər arasındakı məsafə böyüyür, qərarvermə gecikir və təkbətək situasiyalar yaranır.

"Spacing & Isolation" prinsipi də buradan doğur. Komanda genişlənir, mərkəz isə təcrid olunur.

Kvara və Hakimi cinahlarda genişlik yaradır, Neveş və Dalot müdafiə xəttini yerindən oynadır, Dembele isə diqqəti özünə çəkərək strukturda boşluq yaradır.

Vitinya bu boşluğu görüb oyunu irəli daşıyır. Hakimi artıq təkbətək qalır.

Sonrakı mərhələ sadədir: daxilolma, son pas və bitirici hərəkət.

Futbol burada artıq fərdi epizodlar oyunu deyil, məkan idarəetmə oyunudur.

PSJ bunu hücumda maksimum səviyyədə tətbiq edir - sahəni genişləndirir, müdafiəni parçalayır və boşluğu bir anlıq qərara çevirir.

Amma bu nöqtədə oyunun daha dərin bir tərəfi ortaya çıxır.

Luis Enrike ulduzu oyundan çıxarır. O da etiraz etmir, hətta komanda yoldaşlarını motivasiya etməyə davam edir. Bu, müasir futbolda çoxlarının anormal hesab etdiyi bir reaksiyadır.

Əslində isə bu davranış təkcə futbola aid deyil.

Hər sistem eyni məntiqlə işləyir: məktəb, ordu, fabrik, futbol komandası - hamısı proqnozlaşdırıla bilən davranış tələb edən strukturlardır.

Sistemin içində ideal element emosional yox, funksional olmalıdır. Çünki sistem fərdi emosiyanı yox, kollektiv nəticəni ölçür.

Bu səbəbdən sistemlər uyğunlaşanı saxlayır, sabiti üstün tutur. Uyğunlaşmayan, amma yaradıcı olan element isə çox vaxt sistem üçün riskə çevrilir.

Bu mexanizmi istər klassik strateji düşüncədə, istər elmi idarəetmə modellərində, istərsə də müasir iş sistemlərində eyni formada görmək mümkündür.

Futbola qayıdaq.

"Arsenal" sistemi ilə oyunu daraldır, PSJ sistemi ilə oyunu genişləndirir.

Biri boşluğu bağlayır, digəri boşluğu yaradır.

Biri nəzarət edir, digəri risk alır.

Finalın mahiyyəti sadəcə kubok deyil - iki fərqli futbol düşüncəsinin toqquşmasıdır.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Futbol antifutbola qarşı: Tarixi final | Bond.az