İsveç məhkəməsi Google-a 14,3 milyard kron cərimə kəsib. Şirkət PriceRunner-a zərəri ödəyəcək.
Patent və Bazarlar Məhkəməsi, Google-un antiinhisar qaydalarını pozduğunu təsdiqləyib. PriceRunner 2022-ci ildə 77 milyard kron tələb etmişdi. Məhkəmə tələbi qismən qəbul edib.
"Bu, İsveç antiinhisar tarixində ən böyük kompensasiyadır", - deyə hakim Linda Kullberq bildirib.












