İyulun 4-də Günəşdə səkkiz güclü partlayış baş verib. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (TGİ) məlumat yayıb.
Partlayışlar Moskva vaxtı ilə 03:00-dan etibarən (Bakı vaxtı ilə 04:00) başlayıb. Hər birinin müddəti 15-36 dəqiqə arasında dəyişib. Gücü isə M1.1-dən M4.1-ə qədər olub.
TGİ-nin məlumatına görə, son sutka ərzində müşahidə edilən maqnit qasırğasının gücü G3 səviyyəsinə çatıb. Bu, Yer kürəsində radio rabitəsinə təsir göstərə bilər.












