İyunun 30-da səhər Günəşdə M güc sinfinə aid iki partlayış qeydə alınıb.
Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, partlayışlar 4475 və 4479 günəş ləkəsi qruplarında baş verib.
İlk partlayış M1.3 gücündə olub və 115 dəqiqə davam edib. İkinci partlayış isə M1.4 gücündə olub 39 dəqiqə çəkib.
Alimlər xəbərdarlıq edir ki, yaxın günlərdə daha güclü partlayışlar Yerə frontal zərbə vura bilər.
Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A, B, C, M və X siniflərinə bölünür.












