Günəşin əks tərəfində üç güclü partlayış qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş Yer Fizikası İnstitutu məlumat yayıb.
Partlayış "Solar Orbiter" aparatı tərəfindən qeydə alınıb. Nəticədə günəş ləkələri qrupu qismən məhv olub.
Alimlər bildirir ki, ləkə qrupunun sağ qalma şansı azalır. Əgər ləkələr yox olsa, Yer üçün yeni partlayış təhlükəsi olmayacaq.












