Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlərdə keçirilən əməliyyatlarla 84 xarici vətəndaşı ölkədən deportasiya edib.
Azərbaycan vətəndaşları da siyahıda yer alıb. Deportasiya edilənlər arasında Türkiyə, Hindistan, Türkmənistan, Rusiya, Ermənistan, Nigeriya, Uqanda, Özbəkistan, Misir, Pakistan, Çin, Azərbaycan, Əlcəzair, Banqladeş, İraq, Keniya, Sudan, Tailand və digər ölkələrin vətəndaşları var.
Qanunvericiliyə əsasən, deportasiya olunanların Gürcüstana yenidən girişi qadağan edilib.












