Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlərdə keçirilən əməliyyatlarla 94 əcnəbini ölkədən çıxarıb.
Deportasiya olunanlar arasında azərbaycanlılar da var. Ümumilikdə Türkiyə, Rusiya, Türkmənistan, Hindistan, Azərbaycan, Pakistan, Misir, Nigeriya, Çin, Özbəkistan, Əlcəzair, Banqladeş, İordaniya, Livan, Tacikistan, Uqanda və digər ölkələrin vətəndaşları yer alıb.
Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.












