Bond.az White LogoBond.az Black Logo

Gürcüstanda İŞİD üzvü saxlanıldı

Gürcüstanda Pankisi dərəsində əməliyyat zamanı üç nəfər İŞİD üzvlüyündə şübhəli bilinərək saxlanılıb.

Anar Quliyev
Müəllif:Anar Quliyev- Senior Editor
|
0

Pankisi dərəsində "İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən üç Gürcüstan vətəndaşı saxlanılıb.

Oxu.Az "Interpress"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin birinci müavini Laşa Maqradze məlumat verib.

Bildirilib ki, Gürcüstan vətəndaşları mayın 19-na keçən gecə Pankisi dərəsinin Omalo, Birkiani və Cokolo kəndlərində keçirilən əməliyyat zamanı saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər İŞİD sıralarına qoşulub və terror fəaliyyəti həyata keçirmək məqsədilə xarici kuratorlardan təlimatlar alıblar. Onların Pankisi dərəsində terror təşkilatını dəstəkləyən qrup yaratmağa və digər şəxsləri həmin fəaliyyətə cəlb etməyə çalışdıqları bildirilir.

Məlumata görə, onlar bu məqsədlə gizli görüşlər keçirib, həmçinin İŞİD ideologiyasının təbliği ilə məşğul olublar.

Saxlanılarkən şübhəli şəxslərdən odlu silah, sursat, partlayıcı maddələr, kompüter avadanlıqları və mobil telefonlar götürülüb. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları "İslam Dövləti" bayrağını və simvollarını da aşkar ediblər.

Onlara qarşı xarici terror təşkilatında iştirak (328-ci maddə) və qanunsuz silah dövriyyəsi (236-cı maddə) üzrə istintaq aparılır. Saxlanılanları 17 ilədək həbs gözləyir.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...
Gürcüstanda İŞİD üzvü saxlanıldı | Bond.az