Türkiyənin İzmir şəhərində Güzelbahçe Bələdiyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bələdiyyə sədri Mustafa Günay və digər şəxslər saxlanılıb.
Baş Prokurorluq əməliyyatın "cinayət törətmək məqsədilə dəstə yaratmaq", "rüşvətxorluq", "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "şəhərsalma və tikinti qanunvericiliyinin pozulması" ittihamları əsasında həyata keçirildiyini açıqlayıb.
Əməliyyat zamanı CHP üzvü olan Güzelbahçe Bələdiyyəsinin sədri Mustafa Günay, keçmiş sədri Mustafa İnce və Memarlıq və Şəhərsalma şöbəsinin müdiri də daxil olmaqla azı beş nəfər saxlanılıb.
Saxlanılan şübhəli şəxslər ilkin dindirmədən sonra məhkəməyə çıxarılıb. Məhkəmə qərarı ilə Mustafa Günay və Memarlıq şöbəsinin müdiri Özgür Bayraktar barəsində həbs qətimkan tədbiri seçilib, digər üç nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.












