Niderland polisi Haaqa meriyasının binasında partlayıcı qurğu ilə hədələyən 28 yaşlı kişini saxlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Hart van Nederland" portalı polis nümayəndəsinə istinadən xəbər verib.
Yarıçılpaq vəziyyətdə olan şübhəli şəxs yerli vaxtla saat 11:20-də (Bakı vaxtı ilə 13:20-də) əlində bel çantası ilə meriyaya daxil olub. O, mühafizəçilərə çantasında bomba olduğunu deyib.
Bina təxliyə edilib, polis və danışıqçılar gəlib. Şübhəli dərhal əməkdaşlığa razılaşıb və könüllü təslim olub.
Onun üzərində bomba tapılmayıb. Məlum olub ki, o, polisə "qeyri-adekvat şəxs" kimi tanışdır.












