Bond.az White LogoBond.az Black Logo

Harri Potterin ilk nəşri 23 min dollara satıldı

Harri Potterin ilk nəşri 23 min dollara satıldı. 1997-ci ildə 5 funta satılan kitab 30 ildən sonra hərracda rekord qiymətə yeni sahibinə qovuşdu.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

"Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri İngiltərədə keçirilən hərracda 17 min funt sterlinqə (təxminən 23 min dollar) satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb.

1997-ci ildə cəmi 4.99 funt sterlinqə satışa çıxarılan bu nüsxə Edinburqdan olan kitab resenziyaçısı Katrina Maknikola məxsus olub. O, kitabı vaxtilə ikinci əl kitab mağazasından əldə etsə də, oxumağa vaxt tapmayıb və tam yeni vəziyyətdə qutuda saxlayıb. Kitab təxminən 30 il çardaqda qaldıqdan sonra sahibi köhnə əşyalarını satmaq qərarına gəlib.

İngiltərənin Liçfild şəhərində nadir kitabların hərracını təşkil edən "Hansons" hərrac evi bu nüsxəni "son dərəcə nadir tapıntı" adlandırıb. Kitab ilk dəfə çap olunanda nəşriyyat böyük tələbat gözləmədiyi üçün onu cəmi 500 sərt üzlü və 5 mindən bir qədər çox yumşaq üzlü nüsxədə buraxmışdı. Məhz bu səbəbdən ilk nəşrlər hazırda kolleksiyaçılar arasında dünyada ən çox axtarılan müasir rəflərdən birinə çevrilib.

Xatırladaq ki, 2017-ci ildə Coan K. Roulinq tərəfindən şəxsən imzalanmış ilk nəşr "Bonhams" hərracında rekord qiymətə - 106 min funt sterlinqə (təxminən 140 min dollar) satılmışdı.

Britaniyalı yazıçının yeddi kitabdan ibarət məşhur seriyası 1997-2007-ci illərdə işıq üzü görüb. 80-dən çox dilə tərcümə edilən kitabların ümumi tirajı 500 milyon nüsxəni ötüb. Bu əsərlər əsasında ondan çox uğurlu film çəkilib.

Digər Xəbərlər
Bu gün / 23:01
|
491

Pentaqonda 4 növ yadplanetli qalığı saxlanılır

Pentaqonda qəzaya uğramış gəmilərdən əldə edilən dörd növ yadplanetli qalığı saxlanılır: nordiklər, bozlar, insektoidlər və reptiloidlər.

0
Bu gün / 22:31
|
526

Tramp üçüncü dəfə tibbi müayinədən keçəcək

ABŞ Prezidenti Donald Tramp son 13 ayda üçüncü dəfə tibbi müayinədən keçəcək. Walter Reed Tibb Mərkəzində müayinə olunacaq.

0
Bu gün / 22:02
|
567

İran Hörmüz boğazında yeni qaydalar açıqladı

İran Hörmüz boğazında yeni qaydaları açıqlayıb: gəmilərdən keçidə görə deyil, texniki xidmətlərə görə ödəniş tələb ediləcək. Ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 22:02
|
480

Ağ Ev alimlərin ÜST ilə əlaqələrini məhdudlaşdırdı

Ağ Ev alimlərin ÜST ilə əlaqələrini məhdudlaşdırdı. Məhdudiyyətlər hantavirus dövründə tətbiq edilib, lakin Ebola səbəbindən qismən yumşaldılıb.

0
Bu gün / 22:01
|
978

Fransada uşaq bağçaları və məktəblərdə zorakılıq qalmaqalı

Fransada uşaq bağçaları və məktəblərdə işçilər tərəfindən uşaqlara qarşı zorakılıq və təcavüz ittihamları ilə bağlı son xəbərlər.

0
Bu gün / 21:30
|
718

Starlink peyklərinin sayı 10 442-yə çatdı

SpaceX-in Starlink peyk şəbəkəsi böyüməyə davam edir: hazırda 10 442 aktiv peyk var, 12 min hədəflənir.

0
Bu gün / 20:02
|
248

Lavrov ABŞ-ni xəbərdar etdi: Rusiya Kiyevdə əməliyyata başlayır

Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqda Rusiyanın Kiyevdə xüsusi əməliyyata başlayacağını bildirib. Ətraflı oxuyun.

0
Bu gün / 19:30
|
221

Hindistanda kanat yolunda 300 turist köməksiz qaldı

Hindistanın Qulmarq şəhərində 300-dən çox turist kanat yolunda texniki nasazlıq səbəbindən saatlarla köməksiz qalıb. 7 saatlıq xilasetmə əməliyyatı uğurla başa çatıb.

0
Bu gün / 19:03
|
343

Paşinyan Karapetyanı yenidən məhkəməyə verir

Nikol Paşinyan Samvel Karapetyanı Kanadada evi olduğu iddiasına görə yenidən məhkəməyə verir. Son xəbərlər.

0
Bu gün / 19:03
|
497

Pezeşkian internet qərarını təsdiqlədi

İran Prezidenti Pezeşkian beynəlxalq internetin bərpası qərarını təsdiqlədi. Fevraldan bloklanmış internetə çıxış yolu açılır.

0
Bu gün / 19:01
|
870

Braziliya prezidenti radioterapiyaya başladı

Braziliya Prezidenti Lula da Silva radioterapiya kursuna başlayıb. 15 seanslıq müalicə üç həftə davam edəcək. Detallar Bond.az-da.

0
Bu gün / 18:03
|
677

İranın yeni şərti: Çin zəmanəti

İran ABŞ-la razılaşma üçün yüksək zənginləşdirilmiş uranın Çinə göndərilməsini şərt qoyur. Detallar məqalədə.

0
...
Harri Potterin ilk nəşri 23 min dollara satıldı | Bond.az