Havanın qəfil dəyişməsi orqanizm üçün ciddi stress mənbəyidir. Rusiyalı həkim Tatyana Pinçuk bu mövzuda xəbərdarlıq edib.
Çin araşdırması göstərir ki, gündəlik temperatur dəyişkənliyinin hər dərəcə artması ölüm hallarını 0.8%, ürək-damar təcili yardım çağırışlarını 3.6% artırır. İnsult riski 5%, tənəffüs xəstəliklərində ölüm riski isə 7% yüksəlir.
Soyuq stress immuniteti zəiflədir, virus infeksiyalarına yoluxma ehtimalını artırır. İsti havalarda günəşdən qorunmaq, bol su içmək tövsiyə olunur.












