Fələstin hərəkatı HƏMAS, hərbi qanadının rəhbəri Məhəmməd Odanın ölümünü rəsmi olaraq təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Jazeera" HƏMAS-ın bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Qəzza şəhərində bir binada baş verən partlayış nəticəsində Məhəmməd Oda, həyat yoldaşı və iki övladı həlak olub.
Daha əvvəl İsrail Müdafiə Qüvvələri, hərbi qanada rəhbərlik və kəşfiyyata nəzarət edən Məhəmməd Odanın öldürüldüyünü bildirmişdi.
İsrail tərəfi əməliyyatın HƏMAS liderlərinə qarşı zərbələr çərçivəsində həyata keçirildiyini və onları girov götürmə və hücumlarda ittiham edir.












