Çin "Meng Xiaoyi" startapı ev heyvanları üçün səs tərcüməçisi təqdim edib. Qurğu boynuna taxılır və süni intellektlə işləyir.
Oxu.Az xəbər verir ki, cihaz heyvan dilini 95% dəqiqliklə tərcümə edir. Qiyməti 118 dollardır.
Şirkət 10.000 sifariş aldığını iddia edir. Lakin bəziləri bunun "insan zəkası testi" olduğunu deyir.
"Meng Xiaoyi" iddia edir ki, texnologiya genişmiqyaslı modelləşdirməyə əsaslanır, lakin heç bir test təqdim etməyib.












