Hindistan hökuməti Meta-ya məxsus WhatsApp messencerinin yeni istifadəçi adı funksiyasına qarşı çıxıb.
Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi şirkətə funksiyanın ölkədə tətbiqini dayandırmağı əmr edib. Səbəb kimi kibercinayətkarlıq riskləri göstərilir.
Rəsmilər bildirir ki, username-lər fişinq, rəqəmsal həbs və kimlik oğurluğu hallarını artıra bilər. Nazirlik WhatsApp-a üç iş günü müddətində cavab tələb edib.
WhatsApp isə funksiyanın hələ tətbiq edilmədiyini və qoruyucu mexanizmlərin mövcud olduğunu bildirib.












