Hindistanda Benqal pələngi bir kəndə hücum edib.
Hadisə zamanı ilk yaralanan qadın olub. Onun kömək çağırışına gələn üç nəfər də pələngin hücumuna məruz qalıb.
Yırtıcı bir müddət sonra ərazini tərk edib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yerli sakinlər təhlükəli heyvanın tutulmasını tələb edir.












