Hindistanda tibb qəbul imtahanı suallarının sızdırılması səbəbindən "Telegram" mesenceri iyunun 22-dək bloklanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Qərar, imtahan suallarının mesencer üzərindən əvvəlcədən sızdırılması ilə bağlıdır. Söhbət Milli İxtisas Qəbul Testindən (NEET) gedir.
İmtahan may ayında keçirilməli idi, lakin "Telegram"da məlumat sızıntısı səbəbindən ləğv edildi. Hökumət imtahanı iyunun 21-də yenidən təşkil etməyi planlaşdırır.












