Yapon avtomobil istehsalçısı Honda, ABŞ-da 880.514 avtomobili geri çağırır. Səbəb arxa asqı komponentlərindəki nasazlıqdır.
Reuters-in NHTSA-ya istinadən verdiyi məlumata görə, geri çağırma Honda Pilot, Honda Ridgeline, Honda Passport və Acura MDX modellərini əhatə edir.
Nasaz avtomobillərdə arxa asqı rıçaqlarında problem yarana bilər ki, bu da idarəetmənin itirilməsinə və qəza riskinə səbəb ola bilər.
Honda dilerləri pulsuz diaqnostika və lazım gələrsə, pulsuz təmir və ya dəyişdirmə xidməti göstərəcək.











