Hörmüz boğazının avqust ayına qədər bağlanması, 2008-ci il böhranı ilə müqayisə edilən iqtisadi tənəzzülə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Məhdudiyyətlər qüvvədə qalarsa, qlobal neft tələbatı gündə milyonlarla barel azala, "Brent" neftinin qiyməti isə yayda 130 dollara qədər arta bilər.
Boğaz daha uzun bağlı qalsa, dünya bazarında neft çatışmazlığı artacaq.
BMT əvvəlcədən Hörmüz boğazında gəmiçilik məhdudiyyətlərinin qlobal ərzaq böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.












