Cənubi Koreya avtomobil istehsalçısı "Hyundai Motor" ABŞ-da 421 mindən çox avtomobilini geri çağırır.
Səbəb proqram təminatındakı xətadır. Bu xəta qəfil tormozlanmaya səbəb ola bilər.
Problem 2025-2026-cı il modelləri olan Santa Cruz, Tucson, Tucson Hybrid və Tucson Plug-In Hybrid Electric-i əhatə edir.
Ön kameralardakı proqram xətası əyləclərin vaxtından əvvəl aktivləşməsinə yol açır. Dilerlər pulsuz yeniləmə təmin edəcək.
Bu həftənin əvvəlində "Hyundai" hibrit yanğın riski səbəbindən 54 min avtomobili geri çağırmışdı.












