Avstraliyada məşhur illüzionist Deniel Hidden müəmmalı şəkildə yoxa çıxdı. Cəsədi 10 gün sonra tapıldı.
26 yaşlı sənətçi iyunun 14-də Kvinslenddə istirahətə gedib. Səhər ailəsi ilə əlaqəsi kəsilib. Onlar dərhal polisə müraciət ediblər.
Avtomobil 2 gün sonra tapılsa da, özü yox idi. Axtarışa 100-dən çox adam qatılıb. Cəsəd iyunun 24-də Maunt-Kuqal parkında tapılıb.
Qardaşı bildirib ki, Deniel həmişə əlaqədə olub. Telefonun sönməsi ailəni narahat edib. Polis ölümü şübhəli saymır, araşdırma davam edir.
Hidden şərq sahillərində məşhur idi. Orijinal fokusları və bloqları ilə minlərlə izləyicisi var idi.












