Amerikalı sahibkar İlon Maskın sərvəti yenidən 1 trilyon dollar həddinə çatıb.
"Forbes" jurnalının məlumatına görə, "SpaceX" və "Tesla" səhmlərinin bahalaşması Maskın xalis sərvətini 65 milyard dollar artırıb.
Hazırda Maskın sərvəti 1 trilyon dollar səviyyəsində qiymətləndirilir.
Xatırladaq ki, iyun ayında "SpaceX" səhmlərinin dəyərinin azalması səbəbindən Maskın sərvəti 1 trilyon dollardan aşağı düşmüşdü.












