İndoneziyanın mərkəzində, Molukka dənizində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti bildirib ki, zəlzələ dağıdıcı xarakter daşıyır.
Episentr Sulavesi adasındakı Bitunq şəhərindən 111 km şərqdə, Macu adasından isə 20 km qərbdə yerləşib.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 5.8 bal, dərinliyini 47.7 km olaraq açıqlayıb.












