İndoneziyanın şimalında, Molukka dənizində 6.2 maqnitudalı zəlzələ baş verib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti bildirib ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 06:31-də qeydə alınıb.
Episentr Ternate şəhərindən 138 km şimalda yerləşib. Zəlzələ 'kifayət qədər güclü' kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 6.2 bal, dərinliyini 120.9 km olaraq açıqlayıb.
İtki və dağıntı barədə məlumat verilməyib.
Qeyd edək ki, iyunun 16-da İndoneziyada 6.7 bal gücündə zəlzələ nəticəsində 3 nəfər həlak olmuşdu.











