İndoneziya sahillərində 6.7 maqnitudalı zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Palu şəhərindən 46 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.












