Böyük Britaniyada minlərlə şagird qeyri-qanuni və antisanitar şəraitdə təhsil alır. ITV news-un araşdırması bu gizli məktəbləri üzə çıxarıb.
Bu məktəblər qeydiyyatsız fəaliyyət göstərir və ixtisassız müəllimlər tərəfindən idarə olunur. Uşaqların əksəriyyəti ingilis dilini düzgün oxuya və yaza bilmir.
Keçmiş baş müfəttiş Ser Maykl Uilşou xəbərdarlıq edir: “Bu məktəblər seqreqasiyanı gücləndirir və ekstremizmi artırır.”
Jurnalistlər London, Lester və Mançesterdə 20-dən çox qeyri-qanuni məktəb aşkarlayıblar.












