Bond.az White LogoBond.az Black Logo

İngiltərədə nümayişçilərlə polis toqquşdu

İngiltərədə polis zorakılığına etiraz edən nümayişçilərlə polis arasında toqquşma baş verib, daş və şüşə butulkalar atılıb.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

İngiltərədə min nəfərdən çox sakin polisin hərəkətlərinə etiraz məqsədilə nümayişlərə başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Bildirilib ki, kütləvi aksiya, hüquq-mühafizə orqanları əməkdaşlarının bıçaq yarası almış 18 yaşlı tələbə Henri Novakı həbs etməyə çalışdığını əks etdirən video görüntülərin yayılmasından sonra baş tutub. Etirazçılar Sauthempton şəhərinin mərkəzindən keçərək hadisənin baş verdiyi yerə doğru yürüş ediblər. Nümayişçilərin qarşısını almağa cəhd edən polis əməkdaşlarına tərəf daş və şüşə butulkalar atılıb. Aksiyada iştirak edən kütlə İngiltərə və Böyük Britaniya bayraqlarını dalğalandırıb.

Qeyd olunub ki, 2025-ci ilin dekabr ayının əvvəllərində yerli siqh icmasının nümayəndəsi Vikram Diqva Henri Novaka altı bıçaq zərbəsi endirib. Diqva irqçi hücuma mərkəz qaldığını iddia edərək özü polisə zəng edib. Hadisə yerinə gələn polislər Novakı saxlamağa çalışıblar, lakin qısa müddət sonra gələn tibb işçiləri onun öldüyünü təsdiqləyiblər.

Məhkəmə baxışı zamanı Diqvanın irəli sürdüyü versiya öz təsdiqini tapmayıb. İyunun 1-də ona 21 ildən sonra şərti azadlığa çıxma imkanı olmaqla ömürlük həbs cəzası verilib. İyunun 2-də isə polislərin döş kameralarından qeydlər ictimailəşdirilib. Həmin kadrlarda asayiş keşikçilərinin yaralı olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyən Henri Novakın sözlərinə məhəl qoymadan ona qandal vurmağa çalışdıqları görünür. Hüquq-mühafizə orqanları baş vermiş hadisə və öz hərəkətləri ilə bağlı üzr istəyib, saxlanılma prosesində iştirak edən zabitlərdən biri isə vəzifəsindən istefa verib. Məhkum olunmuş şəxsin ailəsi də baş verənlərə görə üzrxahlıq edib.

Digər Xəbərlər
2026-07-05 21:02
|
821

Vaşinqtonda hava çirklənməsi qırmızı kod

Vaşinqtonda hava çirklənməsi səbəbindən qırmızı kod elan edilib. Anomal isti hava və 850 min atəşlik atəşfəşanlıq havanı təhlükəli hala gətirib.

0
2026-07-05 21:00
|
568

Fransada muzeydən 4 milyon avroluq oğurluq

Fransanın Lalik Zərgərlik Muzeyindən 4 milyon avroluq zinət əşyaları oğurlandı. Oğurluq saat 05:30-da baş verib, mühafizə sistemi işə düşsə də, oğrular saxlanılmayıb.

0
2026-07-05 20:31
|
372

Almaniyada 150 nəfərlik məclis kütləvi dava ilə bitdi

Almaniyanın Essen şəhərində 150 nəfərlik məclis kütləvi dava və bıçaqlanma ilə nəticələnib. 46 yaşlı Türkiyə vətəndaşı bıçaqdan istifadə edib, mühafizəçi ürəktutmasından ölüb.

0
2026-07-05 20:00
|
262

Nyu-Yorkda hidroplan qəza enişi, 2 yaralı

Nyu-Yorkda Şərq çayında hidroplan qəza enişi edib, 2 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ətraflı məlumat.

0
2026-07-05 19:30
|
371

Fransa borc bataqlığında: Filipp xəbərdarlıq etdi

Fransanın dövlət borcu 3.5 trilyon avronu keçib. Sabiq baş nazir Eduar Filipp büdcə xərclərinin azaldılması və birgə səylər çağırışı edir.

0
2026-07-05 19:00
|
673

Misir öz "Pentaqon"u "Oktaqon"u istifadəyə verdi

Misirin yeni hərbi qərargahı "Oktaqon" istifadəyə verildi. ABŞ Pentaqonunun analoqu olan kompleks müasir texnologiyalarla təchiz edilib.

0
2026-07-05 18:30
|
698

Netanyahudan ABŞ-la fikir ayrılığı açıqlaması

Netanyahu ABŞ-la İran da daxil olmaqla heç bir fikir ayrılığı olmadığını bildirdi. Tramp görüşə hazır olduğunu açıqladı.

0
2026-07-05 18:01
|
560

İrada Berq vəfat etdi

Məşhur azərbaycanlı sənətşünas İrada Berq 53 yaşında vəfat etdi. Onun həyatı, karyerası və yaradıcılığı haqqında məlumat.

0
2026-07-05 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
2026-07-05 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
2026-07-05 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
2026-07-05 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
...