Instagram-dakı Meta AI çatbotunda təhlükəsizlik boşluğu istifadəçi hesablarını riskə atıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, süni intellekt çatbotu saxta məlumatlarla kənar şəxslərə başqasının hesabına giriş imkanı yaradıb.
Hakerlər saxta yerləşmə məlumatlarından istifadə edərək şifrələri dəyişib, e-poçt ünvanlarını ələ keçirməyə çalışıb.
Meta nümayəndəsi Endi Stoun X-də bildirib ki, problem aradan qaldırılıb və zərərçəkmiş hesabların təhlükəsizliyi təmin edilib.
Stoun dünya liderlərinin hesablarının sındırılması iddialarını yalan adlandırıb.
404 Media nəşrinə görə, boşluq yüksək profilli hesabların ələ keçirilməsi ilə üst-üstə düşüb. Barak Obamanın köhnə hesabı qısa müddətə İranı dəstəkləyən paylaşımlar yerləşdirib, sonra giriş bərpa olunub.
Hələlik təsirlənən hesabların sayı açıqlanmayıb.












