Bond.az White LogoBond.az Black Logo

İran ABŞ-ni vura biləcək raket hazırlamağı planlaşdırır

İranlı deputatlar Xameneiyə müraciət edərək ABŞ-ni vura biləcək qitələrarası ballistik raketlərin hazırlanmasına icazə istəyirlər.

Dəniz Yusifli
Müəllif:Dəniz Yusifli- Editor
|
0

İranlı deputatlar ölkənin ali lideri Müctəba Xameneiyə qitələrarası ballistik raketlərin işlənib hazırlanmasına razılıq verməsi xahişi ilə müraciət ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, müraciəti Vaşinqtonun Tehranla münaqişənin sülh yoluyla həlli ilə bağlı danışıqlarda tutduğu mövqeyinə şübhə ilə yanaşan 85 parlament üzvü imzalayıb.

İsrailin "The Jerusalem Post" qəzeti yazıb ki, ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri sözügedən müraciəti Birləşmiş Ştatlara çata biləcək raketlərin yaradılmasına çağırış kimi şərh ediblər.

İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yakov Amidror nəşrə bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində hər hansı əlverişli iqtisadi şərtlər Tehranın belə işlər üçün lazım olan resurslara sahiblənməsinə səbəb ola bilər.

Xameneiyə müraciət edənlər arasında ABŞ ilə danışıqlara qarşı çıxan İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki də var.

Digər Xəbərlər
Bu gün / 18:01
|
298

Pakistanın Kəraçi şəhərində atışma və partlayış

Pakistanın Kəraçi şəhərində atışma və partlayış baş verib. Hadisə yerinə polis xüsusi təyinatlıları gəlib, ölən və yaralanan barədə məlumat yoxdur.

0
Bu gün / 17:30
|
910

London iqlim konfransı istidən ləğv edildi

London iqlim konfransı anomal istilər səbəbindən ləğv edildi. Avropada yeddi ölkədə sarı təhlükə səviyyəsi elan olunub.

0
Bu gün / 17:02
|
846

Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı

Afrikada vəba epidemiyası 14 ölkəyə yayılıb. Mərkəzi Afrika Respublikasında 197 yoluxma, 24 ölüm qeydə alınıb. Ən çox yoluxma Konqo Demokratik Respublikasındadır.

0
Bu gün / 15:31
|
543

Özbəkistanda uşaqların sosial şəbəkəyə girişi məhdudlaşdırıla bilər

Özbəkistan 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdırmağı planlaşdırır. Qanun layihəsi hazırlanır.

0
Bu gün / 15:02
|
798

Əfqanıstanda 5.8 bal zəlzələ oldu

Əfqanıstanda 5.8 bal gücündə zəlzələ qeydə alındı. Episentr Kunduzdan 169 km şərqdə, dərinlik 201 km.

0
Bu gün / 14:31
|
441

İsrail Livana raket zərbəsi endirdi

İsrail Livanın cənubuna raket zərbəsi endirdi. Atəşkəs razılaşmasından bir gün sonra baş verən hücum bölgədə gərginliyi artırıb.

0
Bu gün / 14:01
|
566

İran rəsmisi: ABŞ memorandumu pozub

İran rəsmisi Möhsün Rezayi ABŞ-ın memorandumun iki bəndini pozduğunu və Tehranın sərt cavab verəcəyini bildirib.

0
Bu gün / 13:34
|
211

Pezeşkian radikalların hədəfində

Pezeşkian radikalların hədəfində: İran prezidenti ABŞ ilə danışıqlar səbəbindən təhdidlərlə üzləşir.

0
Bu gün / 13:32
|
369

Honda, Nissan və Mitsubishi birləşir?

Yaponiyanın Honda, Nissan və Mitsubishi şirkətləri yeni nəsil modellərində standart mühərrik idarəetmə bloklarını birgə istifadə etmək üçün birləşir.

0
Bu gün / 12:31
|
947

Ukrayna-Rusiya əsir mübadiləsi: 7 mülki şəxs evdə

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi çərçivəsində 7 mülki şəxs evlərinə qaytarılıb. Ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 12:01
|
415

İrandan Bəhreynə PUA hücumu: XİN bəyanat yaydı

İran Bəhreynə PUA ilə hücum etdi. Xarici İşlər Nazirliyi bəyanat yayaraq hücumu pislədi. ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir.

0
Bu gün / 12:01
|
945

Rusiyada ad günü məclisində faciə: 2 yeniyetmə öldü

Rusiyanın Solneçnoqorsk şəhərində ad günü məclisində mefedron qəbulu nəticəsində iki yeniyetmə ölüb, altı nəfər xəstəxanaya yerləşdirilib.

0
...