İran ABŞ ilə münaqişənin həlli çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb.
"Fox News" ABŞ rəsmisinə istinadən xəbər verir ki, İran strateji boğazı açacaq və gəmilərdən heç bir ödəniş tələb olunmayacaq.
Saziş imzalanarsa, ABŞ blokadanı qaldıracaq, İran isə boğazı minalardan təmizləyəcək.
Xatırladaq ki, Tramp iyunun 14-də sazişin imzalana biləcəyini demişdi.












