İran Silahlı Qüvvələri cənub bölgələrindən naməlum hədəflərə raket zərbələri endirib. “Fars” agentliyi məlumat yayıb ki, bu raketlərin hədəfi hələlik məlum deyil.
Bəzi mənbələr Fars körfəzində toqquşma ehtimalından danışır. “Mehr” agentliyi isə bildirib ki, İran ordusu Hörmüz boğazı yaxınlığında dörd gəmiyə xəbərdarlıq atəşi açıb.
Gəmilər razılaşdırma olmadan boğazdan keçməyə cəhd ediblər.












