İran Hörmüz boğazından keçid üçün növbəti 60 gün ərzində heç bir xidmət haqqı tələb etməyəcək. Bu qərar ölkənin Milli Təhlükəsizlik Ali Şurası tərəfindən açıqlanıb.
Bəyanata əsasən, gəmilər PGSA-ya müraciət etməlidir və müraciətlər operativ şəkildə nəzərdən keçiriləcək. Həmçinin, İran ABŞ ilə razılaşmaya uyğun olaraq boğazda minaların təmizlənməsi işlərini davam etdirəcək.
Xatırladaq ki, İran və ABŞ arasında 14 maddədən ibarət atəşkəs memorandumu imzalanıb.












