Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalı İrandan atılan raket və PUA-ların hədəfinə çevrilib.
KUNA agentliyi Mülki Aviasiya Baş İdarəsinə istinadən bildirir ki, T1 terminalına hücumdan sonra fövqəladə plan işə salınıb.
Zərbələr hava limanının obyektlərinə ciddi ziyan vurub, yaralananlar var. Bütün gedişlər dayandırılıb, gələn reyslər yönləndirilir.
Küveyt hava məkanı 4 iyun saat 12:00-a qədər bağlı qalacaq.












