Tehran ABŞ sanksiyalarının yumşaldılmasından sonra neftini əvvəlkindən 20% baha satır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dövlət televiziyasına müsahibəsində bildirib ki, sanksiyaların ləğvi realdır.
“Bəziləri sanksiyaların ləğvini qeyri-real adlandırırdı. İndi isə İran nefti 20% baha satılır və gəlirlər hesablara daxil olur”, – deyə Qalibaf vurğulayıb.
Onun sözlərinə görə, dəniz blokadasının aradan qaldırılmasından sonra İran 40 milyon bareldən çox neft ixrac edib.












